Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01İlk ərəb kosmonavtı açıq kosmosa çıxıb
28 Aprel 2023 22:39 | Baxış sayı: 569
BƏƏ-dən olan kosmonavt Sultan Əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb və tarixdə bunu edən ilk ərəb olub.
Bu barədə “France 24” telekanalı məlumat yayıb.
Əl-Neyadinin elektronika və rabitə mütəxəssisi olmaq üçün təhsil aldığı Brayton Universitetində ona “Kosmosun Sultanı” ləqəbi verilib.
Xatırladaq ki, o, martın əvvəlində “SpaceX Falcon 9” hava gəmisinin göyərtəsində BKS-ə uçmuş və uzunmüddətli kosmik missiyada iştirak edən ilk ərəb olmuşdu.
NASA-dan bildirilib ki, Əl-Neyadi həmkarı Stiven Bouen ilə birlikdə BKS-dən kənarda enerji sisteminin gələcək təkmilləşdirilməsinə hazırlaşmaq üçün elektrik kabelləri çəkəcək.