20 Aprel 2025
Husilər İsrail Müdafiə Nazirliyinin binasını ballistik raketlə VURDULAR

Husilər İsrail Müdafiə Nazirliyinin binasını ballistik raketlə VURDULAR

Husilər İsrail Müdafiə Nazirliyinin binasını ballistik raketlə VURDULAR

14 Yanvar 2025 13:14 | Baxış sayı: 640

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçiriblər.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə "Al Masirah" telekanalı məlumat verib.

Hərəkatın hərbi nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, husi qüvvələri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə hipersəsli ballistik raketlə hücum ediblər.

"Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçiriblər və "Fələstin-2" hipersəsli ballistik raketi ilə Təl-Əviv bölgəsində İsrail Müdafiə Nazirliyinin binasına hücum ediblər. Raket hədəfinə çatıb, raket əleyhinə sistemlər onu izləyə bilməyib", - deyə Sariya bildirib.