SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHeyvan otararkən minaya düşən Həsənəli BDU-nu YÜKSƏK BALLA BİTİRİBMİŞ
06 Fevral 2024 06:57 | Baxış sayı: 491
İki gün əvvəl Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadə minaya düşüb.
AJMEDİA.İNFO “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin məzunu olub.
H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.
Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.