SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“HƏMAS ilk mərhələdə 30-a yaxın girovu İsrailə təhvil verməyə hazırdır” – KİV
19 Dekabr 2024 08:06 | Baxış sayı: 717
“HƏMAS hərəkatı Qəzza zolağında girov saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb”.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.
Bildirilib ki, HƏMAS 30-a yaxın israilli girovu, həmçinin bir neçə cəsəd təhvil verəcək:
“Eyni zamanda HƏMAS gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbuslar da olacaq”.
“Əl-Ərəbiyyə” mənbələri İsrail həbsxanalarında saxlanılan və israilli girovlar müqabilində azadlığa buraxılmaları gözlənilən fələstinli məhbusların HƏMAS-ın razılığı ilə azad edildikdən sonra Qətər və Türkiyəyə təhvil veriləcəyini açıqlayıb. Bu məhbusların adları və sayı hələlik açıqlanmayıb.