SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlGürcüstan gömrük-keçid məntəqəsini nəqliyyat vasitələri üçün bağlayır
05 May 2023 02:00 | Baxış sayı: 607
Gürcüstan hakimiyyəti mayın 5-dən təmir işləri ilə əlaqədar bir ay müddətinə “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidi üçün bağlayacaq.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Müəyyən gecikmələrlə nəqliyyat vasitələri yük avtomobilləri üçün nəzərdə tutulan keçidlərdən istifadə edə biləcəklər. Qeyd olunub ki, gömrük-keçid məntəqəsindən insanların gediş-gəlişi adi qaydada, heç bir maneəsiz həyata keçiriləcək.