SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlGürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
30 Yanvar 2025 20:30 | Baxış sayı: 461
Gürcüstan parlamentinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) respublika hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edildiyi üçün bu qurumda fəaliyyətini dayandırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukiani bəyanat verib.
“Biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə bu gündən etibarən Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”, - bəyanatda bildirilib.
O, həmçinin əlavə edib ki, Gürcüstan Avropa Şurasının üzvü olaraq qalır, lakin respublikaya qarşı şantaj dayandırıldıqdan sonra AŞPA-da işə qayıdacaq.
“Təbii ki, Gürcüstan bir dövlət olaraq Avropa Şurasının üzvü olaraq qalır, lakin bizim parlament nümayəndə heyətinin üzvləri yalnız Gürcüstan dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişdikdə, şantaj başa çatdıqda və bütün bunlar bitdikdə Parlament Assambleyasında iştirakını bərpa edəcəklər”, - Tsulukiani bildirib.
Qeyd edək ki, bir gün əvvəl Tsulukiani AŞPA-da keçirilən görüşdə Tbilisinin öz “qırmızı xətlərini” müəyyən etdiyini və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasını və parlamentə bəzi qanunlara nəyin daxil edilməsi barədə göstərişləri “qırmızı xətlər” adlandırıb.
O, həmçinin qeyd edib ki, parlament seçkiləri ilə bağlı heç bir sual qalmamalıdır.//yeniavaz.com