21 May 2025
Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq

Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq

Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq

09 İyul 2023 14:18 | Baxış sayı: 479

“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq”.

Bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, təkcə Almaniya deyil, ABŞ və bir çox başqa ölkələr Avropada Rusiyanın da daxil olduğu təhlükəsizlik arxitekturası yaratmağa çalışıblar:

“Sonda alınmadı. Biz də bunu bacara bilmədik. İndi bundan gələcək üçün nəticə çıxarmaq lazımdır. Təəssüf ki, bu o deməkdir ki, gələcəkdə Avropanın təhlükəsizliyi artıq Rusiya ilə ortaq təhlükəsizlik olmayacaq. Amma biz bir-birimizi qoruyacağıq - Avropa üçün, müttəfiqlik və ittifaq üçün daha yaxşı müdafiəni təşkil etmək üçün müdafiə büdcəmizə böyük xərclər sərf etməklə”.