Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01G7 iqtisadi məcburiyyətlə mübarizə aparmağı düşünür
20 May 2023 04:28 | Baxış sayı: 562
G7 liderləri iqtisadi məcburiyyətlərə qarşı mübarizə aparmaq üçün yeni birgə platforma yaratmağı planlaşdırır.
Bu barədə Böyük Britaniya hökumətinin saytında yeləşdirilən press-relizdə deyilir.
Məlumata əsasən, bu platforma digər dövlətlərin suveren işlərinə qarışmaq üçün iqtisadi məcburiyyətin zərərli istifadəsinə nəzarət edəcək. Buna misal olaraq "son vaxtlar öz iqtisadi gücündən istifadə edərək ölkələri, o cümlədən Avstraliya və Litvanı siyasi mübahisələri həll etməyə məcbur edən" Çin göstərilir.
Gözlənilir ki, yeni platforma iqtisadi məcburiyyətlərin yarandığı halda buna cavab olaraq G7-nin fəaliyyətlərinin koordinasiyasının əsas forumu olacaq. Həmçinin qeyd edilir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak G7 sammitində "ədalətsiz və məcburi ticarət təcrübələri"nə koordinasiyalı cavab verməyə çağıracaq.