21 May 2025
Fransanın baş naziri hökumət üzvlərini səfərləri təxirə salmağa çağırıb

Fransanın baş naziri hökumət üzvlərini səfərləri təxirə salmağa çağırıb

Fransanın baş naziri hökumət üzvlərini səfərləri təxirə salmağa çağırıb

01 İyul 2023 02:06 | Baxış sayı: 563

Fransanın baş naziri Elizabet Born bütün kabinet üzvlərini ölkənin müxtəlif şəhərlərində baş verən iğtişaşlar səbəbindən işgüzar səfərləri təxirə salaraq dərhal Parisə qayıtmağa çağırıb.

Bu barədə "France Info" radiostansiyası hökumətdəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, nazirlərə həftəsonu Parisdə qalmaq əmri verilib.

Baş nazir daha əvvəl növbəti xəbərdarlığa qədər vacib olmayan səyahətlərin ləğvi barədə göstəriş vermişdi. Bu, Fransa küçələrində zorakılıqların kəskin artması ilə əlaqədar prezident Emmanuel Makronun iştirakı ilə keçirilən görüşdən sonra edilib.