20 Aprel 2025
Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

23 Dekabr 2024 10:41 | Baxış sayı: 321

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də paytaxtda baş tutacaq toy məclisi üçün Bakıya gəlirmiş.


Onlar toyu olacaq gəlinin bibiləri imiş. Hadisə ilə əlaqədar nəzərdə tutulmuş toy məclisi təxirə salınıb.

Qeyd edək ki, Bakı-Qazax magistralının 17-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında yerləşən maneəyə çırpılıb. Nəticədə maşında olan 3 nəfər - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızı dünyasını dəyişib.