Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Estoniya İsraildən sursat alacaq
02 May 2023 19:05 | Baxış sayı: 504
Estoniya ilk dəfə olaraq 100 milyon avroya İsrailin dövlət şirkəti olan "Israel Aerospace Industries" (IAI) şirkətindən sursat alacaq.
Bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur bildirib.
“Belə bir hücum potensialının olması, əlbəttə ki, Estoniyanın müdafiə qabiliyyətini xeyli artıracaq”, - o, ən bahalı sazişlərdən birinə çevrilmiş müqavilənin imzalanmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, yeni növ sursatın meydana çıxması Estoniyanın müdafiə qabiliyyətinin inkişafına kömək edəcək. Onlar uzaq məsafədən qapalı atəş mövqelərindən düşmənə hücum etməyə imkan verəcəklər.