Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Ermənistan MN Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlamasını şərh etməyib
19 Aprel 2023 19:02 | Baxış sayı: 692
Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlaması barədə “Sputnik Armenia”nın sorğusunu şərh etməkdən imtina edib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Xidmət və ya fərarilik yerinin icazəsiz tərk edilməsi ilə əlaqədar açılmış cinayət işləri haqqında məlumatı cinayət icraatını həyata keçirən orqandan dəqiqləşdirməyi təklif edirik", - deyə Müdafiə Nazirliyi “Sputnik Armenia”nın sorğusuna cavabında bildirilib.
Agentlik mövzu ilə bağlı Ermənistanın Baş Prokurorluğuna və İstintaq Komitəsinə sorğular göndərdiyini də qeyd edib.
Hər iki qurum cavab vermək üçün uzun müddət lazım olduğunu bildirib
Akopyan bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistanda 11 min fərari olub.
Onlar arasında zabitlər də olub.