20 Aprel 2025
Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir

27 İyun 2023 23:03 | Baxış sayı: 522

Ərəb ölkələri ilk dəfə koronavirus məhdudiyyətləri olmadan Qurban bayramını qeyd edir.

Dünyanın digər bölgələrində olduğu kimi Yaxın Şərq müsəlmanları da əsas İslam bayramlarından biri olan Qurban bayramını qeyd edirlər. Ərəb ölkələrində 2020-ci ildən bəri ilk dəfə olaraq bayram tədbirləri koronavirus məhdudiyyəti olmadan keçiriləcək.

Qurban bayramı hər bir müsəlmanın həyatında vacib sayılan Həccin - Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslamın müqəddəs yerlərinə ziyarətin başa çatması ilə bağlıdır. İyunun 27-də 1,8 milyondan çox zəvvar Həccin əsas ayinini - Ərəfat dağında dayanaraq keçirib.

Bu gün zəvvarlar şeytanı daşqalaq etmək ayinini yerinə yetirəcək və Həcc ziyarətini Kəbəni yeddi dəfə dolanaraq tamamlayacaqlar.

Ərəb ölkələrində Qurban bayramı münasibətilə qeyri-iş günləri elan edilib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında özəl şirkətlərin və dövlət idarələrinin əməkdaşları 4 gün istirahət edəcəklər.