20 Aprel 2025
Ərdoğan Suriya lideri ilə bağlı BELƏ QƏRAR VERDİ

Ərdoğan Suriya lideri ilə bağlı BELƏ QƏRAR VERDİ

Ərdoğan Suriya lideri ilə bağlı BELƏ QƏRAR VERDİ

04 Fevral 2025 19:38 | Baxış sayı: 355

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti hökumətinin başçısı Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə ayırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Suriya Prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyəyə səfərə gediblər . Türkiyə prezidenti onlar üçün xüsusi təyyarə ayırıb”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa Ankarada danışıqlarda Suriyada türk aviabazalarının yaradılması imkanını müzakirə edəcəklər.