SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Embawood”da qalmaqal: İşdən çıxarılan var - FOTO
11 Aprel 2025 18:00 | Baxış sayı: 303
"Embawood" mebel istehsalı şirkətində qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb.
AJMEDİA.İNFO xəbər verir ki, "Embawood" marketinq meneceri vəzifəsinin tutulması üçün bu gün vakansiya elan edib.
Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.
Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.
Ehtimallara görə, "Embawood"un marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan (Bolt sürücüsünün törətdiyi qəza) görüntüləri montaj edərək reklam paylaşımı etməsilə bağlıdır. (Modern.az)