SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDeputat Anatoliy Rafailov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib - FOTO
19 Mart 2024 10:45 | Baxış sayı: 763
Hər birimizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdi. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis olunmuşdu. Bu il də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ediliblər. Siyahıda Milli Məclisin deputatı Anatoliy Rafaylov sözügedən siyahıda yer alıb.
.
AJMEDİA.İNFO xəbər veri ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisinin deputatı Anatoliy Rafailov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.