20 Aprel 2025
Dekabrın 10-da bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd olunur - Avraam Berman

Dekabrın 10-da bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd olunur - Avraam Berman

Dekabrın 10-da bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd olunur - Avraam Berman

09 Dekabr 2023 23:49 | Baxış sayı: 826

İnsan Hüquqları Günü hər il dekabrın 10-da qeyd olunur. Düz 75 il əvvəl, bu gün Fransanın Palais de Chaillo sarayında BMT Baş Assambleyasının 183-cü plenar iclasında insan hüquqları ilə bağlı ilk universal beynəlxalq akt - Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. Sənədi ABŞ prezidenti Franklin Ruzveltin dul arvadı Eleanorun rəhbərlik etdiyi xüsusi komitə hazırlayıb. Onu 48 ölkə (BMT-nin o vaxtkı 58 üzvündən) təsdiqləyib.

.

İnsan Hüquqları Günü münasibəti ilə "Magen David" İnsan Hüquqlarının Müdafiə Mərkəzinin Hüquq Departamentinin direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Avraam Berman AJMEDİA.İNFO-a öz fikirlərini bölüşüb.

.

Ümumdünya Bəyannaməsində qeyd olunur ki, bütün insanlar şəxsi fərqlərindən və ölkələrinin siyasi sistemlərindəki fərqlərdən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Sənəd tövsiyə xarakterli statusa malik olsa da, o, bir sıra digər beynəlxalq müqavilələrin, xüsusən də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın hazırlanması üçün əsas rolunu oynamışdır.

.

2001-ci ildən İnsan Hüquqları Günü müəyyən şüar altında keçirilir, o cümlədən: “Ayrıseçkiliyə yol verməmək”, “İnsan hüquqlarını qeyd edin!”, “Mənim səsim önəmlidir”, “İnsan hüquqları ilin 365 günü”. 2023-cü ildə günün mövzusu “Hər kəs üçün azadlıq, bərabərlik və ədalət”dir.