20 Aprel 2025
Daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub

Daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub

Daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub

06 May 2023 00:30 | Baxış sayı: 663

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində son sutkada azı 176 nəfər ölüb.

Bu barədə cümə günü əyalət qubernatoru Teo Nqvabice Kasi məlumat verib.

“Ölənlərlə yanaşı, itkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam edir”, - əyalət rəhbəri bilgiləndirib.

Konqonun “Radio Okapi” radiostansiyası bildirib ki, mayın 4-ü axşam saatlarında Cənubi Kivu əyalətinin bir sıra ərazilərində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubi kəndlərində qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.

Bu həftənin əvvəlində KDR ilə qonşu olan Ruandada güclü leysan yağışları 120 nəfərdən çox insanın ölümünə səbəb olmuşdu.