SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlDağıstan prokurorluğu iğtişaşlarla bağlı istintaqa nəzarəti öz üzərinə götürüb
30 Oktyabr 2023 04:58 | Baxış sayı: 697
Dağıstan prokurorluğu Mahaçqalada baş verən iğtişaşlarla bağlı istintaqa nəzarət edir.
Qazeta.ru saytına istinadla xəbər verir ki, Dağıstan prokurorluğu Mahaçqala şəhərinin Uytaş hava limanında baş vermiş iğtişaşlarla bağlı başlanmış cinayət işinin istintaqını izləyir.
Qeyd olunub ki, ərazidə yaranmış vəziyyətlə əlaqədar istintaq orqanları tərəfindən cinayət işi açılıb. Söhbət talanlarla müşayiət olunan kütləvi iğtişaşların təşkilindən gedir.
Respublika prokurorluğu tərəfindən cinayət işinin istintaqının gedişi nəzarətə götürülüb.