20 Aprel 2025
COP29 günlərində bütün iş yerləri bağlanacaq? - “Məhdudiyyət tətbiq edilsə...”

COP29 günlərində bütün iş yerləri bağlanacaq? - “Məhdudiyyət tətbiq edilsə...”

COP29 günlərində bütün iş yerləri bağlanacaq? - “Məhdudiyyət tətbiq edilsə...”

07 Avqust 2024 10:55 | Baxış sayı: 406

Ölkəmizdə COP29 tədbirlərinin keçirilməsi ilə əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək.

Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ərazisində fəaliyyət göstərən dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nəzərdə tutulub ki, dövlət orqanı işçilərinin sayı 30% müəyyən edilməli, işçilərin 70 faizi isə məsafədən (evdən) işləməlidir. Həmçinin bu qurumlarda iş rejiminə (saatlarına) müəyyən dəyişikliyin edilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, tədbirlərin baş tutacağı günlərdə tələbələr də distant təhsilə cəlb olunacaq.

Maraqlıdır, COP29 tədbirlərinin keçirildiyi ərəfəsində özəl sektorun iş fəaliyyətində də dəyişiklik edilə bilərmi?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Natiq Cəfərli COP29-un özəl sektorun fəaliyyətinə təsir göstərməyəcəyini düşünür:

“Dövlətin hökumət qurumlarından fərqli olaraq özəl sektora göstəriş vermək hüququ yoxdur. Beynəlxalq və yerli hüquqa görə, özəl müəssisələrin fəaliyyəti ilə bağlı məhdudiyyət tətbiq edilirsə, bu zaman kompensasiyalar verilməldir. Necə ki pandemiya zamanı kompensasiyalar ödənildi. Ona görə də özəl sektor üçün busəpkili hansısa qərarın alınacağını düşünmürəm, çünki bu, qanunvericiliyin pozuntusudur”.

İqtisadçı hesab edir ki, əksinə, COP29 özəl sektor üçün yaxşı fürsətdir:

“COP29 tədbirinin keçirilməsi ilə əlaqədar ölkəyə on minlərlə turistin gələcəyi planlaşdırılır. Bu qədər insan gələcəksə, kafelər, restoranlar daha çox müştəri cəlb edəcək, çox çalışacaq və çox qazanacaqlar. Axı bu qədər insan yemək yeməli, görməli yerləri gəzməlidir. Biz bundan öncə Dubay nümunəsində gördük ki, COP29 buranın tanıtımı baxımından önəmli oldu, Dubaya gələn turist axını 2 dəfəyə qədər yüksəldi”.

İqtisadçı dövlət qurumlarının distant formada fəaliyyətinin mümkün nəticələrinə də toxunub:

“Əsas məsələ odur ki, dövlət qurumları vətəndaşların, biznesin ehtiyaclarını qarşılasın. Dövlət qurumları həmin ehtiyacların ödənilməsi məqsədilə elektron qaydada qüsursuz fəaliyyət göstərəcəksə, hansısa ciddi problemin yaranacağını düşünmürəm. Çünki dövlət sektoru, əlavə dəyər yaratmır. Onlar istehsalla məşğul deyil, istehsal, xidmət sahəsində birbaşa iştirak etmirlər. Əsas problem bu dövrdə vətəndaşlara lazım olan sənədlərin verilməsinin axsaması, dövlət və hökümət orqanlarında problemlərin həllinin yubadılması ola bilər. Lazım olan isə rəsmi müraciətlərə tez və operativ cavabın verilməsidir”.