16 Mart 2025
Cərimələrin 50 faizi bu şəxslərin maaşlarına ƏLAVƏ OLUNACAQ

Cərimələrin 50 faizi bu şəxslərin maaşlarına ƏLAVƏ OLUNACAQ

Cərimələrin 50 faizi bu şəxslərin maaşlarına ƏLAVƏ OLUNACAQ

14 Fevral 2025 13:53 | Baxış sayı: 624

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.


Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.