Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01“Buxarest doqquzluğu” Moldovanın Avropa yolunu dəstəkləyib
07 İyun 2023 00:44 | Baxış sayı: 738
“Buxarest doqquzluğu” (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) ölkələri Moldova hakimiyyətinin Avropayönlü siyasətini dəstəkləyir.
Bu barədə adıçəkilən ölkələrin liderlərinin Polşa Prezidentinin rəsmi saytında dərc olunmuş birgə bəyanatında deyilir.
“Biz Moldova Respublikasının Avropa yolunda sabitliyi qorumaq və islahatları təşviq etmək səylərini yüksək qiymətləndiririk”, - sənəddə deyilir.
“Doqquzluq” liderləri Moldovaya, eləcə də Gürcüstana, Bosniya və Herseqovinaya NATO vasitəsilə hər hansı pis niyyətli təsirə qarşı bütünlüklərini və dayanıqlılıqlarını gücləndirmək üçün dəstəyi artırmaq niyyətlərini ifadə ediblər.
Onlar həmçinin qeyd ediblər ki, “Buxarest doqquzluğu” Baltik və Qara dənizlərin, eləcə də Balkanların Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyətini dərk edirlər.