İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBu yollarda hərəkət istiqaməti dəyişdiriləcək
07 Sentyabr 2024 10:25 | Baxış sayı: 399
7 Sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 - dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Məlumata görə, bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
“Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək”, - məlumatda qeyd edilib.