20 Aprel 2025
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

13 Sentyabr 2023 12:26 | Baxış sayı: 760

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

Xidmətdən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, duman Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.

    Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.