SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBu quruma yeni səlahiyyət verildi - QƏRAR
28 Dekabr 2023 08:29 | Baxış sayı: 510
Nazirlər Kabineti 27 yanvar 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ovçuluğun aparılması Qaydaları” və “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”də dəyişiklik edib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra ovçular və ovçuluq təsərrüfatları vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidir.