20 Aprel 2025
Bu ölkədən İsrailə ballistik raket ATILDI

Bu ölkədən İsrailə ballistik raket ATILDI

Bu ölkədən İsrailə ballistik raket ATILDI

17 Dekabr 2024 12:38 | Baxış sayı: 625

Yəməndən İsrailə hava hücumu təşkil edilib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama veriblər. Husilərin silahlı qanadının sözçüsü Yəhya Sari İsrailin Yaffa şəhərindəki hərbi hədəfə ballistik raket atdıqlarını açıqlayıb. İsrail ordusu da husilərin həyata keçirdiyi ballistik raket hücumu barədə açıqlama verib. Açıqlamada deyilir ki, raket İsrailə çatmamış məhv edilib.


Qeyd edək ki, İsrailin Qəzzada irimiqyaslı hərbi əməliyyatlarından sonra Yəməndə İranın dəstəklədiyi husilər İsrailə intensiv raket hücumları təşkil ediblər. Lakin sonra bu hücumlar səngiyib.