SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBu mallar gömrük rüsumundan azad ediləcək - RƏSMİ
02 Noyabr 2023 12:49 | Baxış sayı: 557
Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində qanunla qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.