11 Dekabr 2024
Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı

Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı

Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı

02 Noyabr 2024 17:56 | Baxış sayı: 316

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,5 milyard dollar olub.
Açıqlanan rəsmi məlumatlara görə, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (150,7 milyon dollar) birinci, pomidor (139,6 milyon dollar) ikinci, qızıl (115,3 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 9 ayında Rusiyaya 843,7 milyon dollar, Türkiyə yə 435,1 milyon dollar, Gürcüstana 195,1 milyon dollar, İsveçrəyə 119,6 milyon dollar, ABŞ-a isə 113 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Qeyd edək ki, bu ilin ilk 9 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“MKT İstehsalat Kommersiya” MMC – 79,4 milyon dollar

“Silk Vey Vest Aviaşirkəti” MMC – 75,5 milyon dollar

“ASG Business Aviation” MMC – 70 milyon dollar

“Baku Steel Company” QSC – 47,6 milyon dollar

Süleymanova Göhər Süleyman qızı – 34,8 milyon dollar

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 32 milyon dollar

“Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti – 28 milyon dollar

“Tabaterra” QSC – 27,5 milyon dollar

"Paqro" MMC – 25,6 milyon dollar

“My Vegetables” MMC – 22 milyon dollar//yeniavaz.com