SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBu gün 3 rayonda qaz KƏSİLƏCƏK - XƏBƏRDARLIQ
07 Mart 2024 06:53 | Baxış sayı: 469
Bu gün bir sıra rayonların qaz təchizatında fasilə olacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09:30 "Bərdə" ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.