İsrail Müdafiə Nazirliyinin sözçüsü: ABŞ hökumətinin ağır bombaları İsrailə çatıb
6 saat əvvəlBu dövlət qurumunun əməkdaşı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
05 Dekabr 2023 10:04 | Baxış sayı: 551
Ağdamda mina partlayışı baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.