SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBritaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi
27 Yanvar 2025 20:00 | Baxış sayı: 378
Böyük Britaniya Kanada ilə koordinasiya əsasında Belarusda “saxtalaşdırılmış prezident seçkilərinə” dərhal cavab olaraq 6 fiziki şəxsə və 3 quruma sanksiya tətbiq edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, sanksiyalar ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyan qurumların rəhbərlərini və Belarusun müdafiə sektorunda Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən şirkətləri hədəf alır.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri də bugünkü sanksiyalar siyahısına daxil edilib.(APA)