Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Braziliyada evin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb
08 İyul 2023 22:22 | Baxış sayı: 567
Braziliyanın Resife şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-dən 11-ə çatıb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən G1 portalı məlumat yayıb.
Ölənlərdən 4-ü azyaşlıdır. Daha üç nəfərin taleyi məlum deyil. Üçü yeniyetmə olmaqla yeddi nəfəri dağıntılar altından diri çıxarmaq mümkün olub.
Cümə günü səhər saatlarında Pernambuko ştatının inzibati mərkəzinin şəhərətrafı qəsəbələrindən birində yaşayış binası uçub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, dördmərtəbəli yaşayış binası 2010-cu ildə yararsız elan edilib və oradan çıxarılıb. Lakin iki il sonra sakinlər özbaşına olaraq binaları zəbt ediblər.