SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBöhran vəziyyətlərdə sosial şəbəkələr qadağan edilə bilər
05 İyul 2023 01:45 | Baxış sayı: 598
Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib.
Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
“Biz gənclərin auditoriyasının sosial şəbəkələrdən istifadəsini təhlil edib, tətbiq edilməli olan qadağalar barədə düşünməliyik. Böhranlar baş verəndə onları tənzimləməyi və ya söndürməyi bacarmalısan”-deyə, o bildirib.
Fransa lideri vurğulayıb ki, bu məsələ ilə bağlı ayıq müzakirə lazımdır: “Sosial media qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə edildikdə, müzakirə ediləcək çox şey var”.