SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBMT-nin baş katibi taxıl sazişinin uzadılmasına çağırıb
21 İyun 2023 05:09 | Baxış sayı: 591
BMT-nin baş katibi Antonio Quterreş iyulun 17-də başa çatacaq taxıl sazişinin davam etdirilməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Bu barədə BMT Baş Katibliyinin bəyanatında bildirilib.
"BMT həm Qara Dəniz Təşəbbüsünün, həm də Rusiya Qida və Gübrə İxracına dair Anlaşma Memorandumunun həyata keçirilməsini dəstəkləməyə tam sadiqdir", - deyə BMT-dən qeyd ediblər.
Həmçinin qeyd edilib ki, Dəniz Humanitar Dəhlizi vasitəsilə ərzaq ixracı 2022-ci ilin oktyabrında 4,2 milyon metrik ton olan pik göstəricinsənd may ayında 1,3 milyon metrik tona qədər əhəmiyyətli dərəcədə azalıb ki, bu da keçən il Qara Dəniz Təşəbbüsünün başlanmasından bəri ən aşağı səviyyədir.