SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBloger göydən pul səpdi, insanlarda ajiotaj yaratdı - VİDEO
10 İyul 2024 13:18 | Baxış sayı: 480
Blogerin pulla oyunu ajiotaja və uşağın xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, "Oracle" kimi tanınan və qızıl maskası ilə seçilən bloger, sahillərdəki "Chinatown" adlanan ərazinin üzərində, Sürix gölündən pilotsuz uçan aparatdan istifadə edərək təxminən 24 min avronu 10 franklıq əskinasları göydən səpməyi planlaşdırdığını açıqlayıb.
Hadisə videoya çəkilib və onun "TikTok" səhifəsində yerləşdirilib.
O, açıqlamasında deyib:
"Mənim adım Oracle. Şənbə günü, mayın 11-də Sürixin Çin mahalına pul yağışı yağacaq. İnanmırsınızsa, evdə qalın. Hamıya uğurlar."
Blogerin yazısı yüzlərlə insan tərəfindən oxunduqdan sonra çoxları pul qazanmaq ümidi ilə gəlib. Lakin bu, addım iğtişaşlara səbəb olub.
"Şənbə günü saat 20:00 radələrində təşkilatçı bir çanta ilə parka uçuraraq, orada toplanan insanlar mümkün qədər çox əskinas atmağa çalışıblar".
Hadisədən sonra yayılan fotolarda ən azı bir təcili yardım maşınının hadisə yerinə qaçdığı görünür. Zərərçəkənlərdən biri, Dominikan Respublikasından olan 12 yaşlı uşaq xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun hazırkı vəziyyəti məlum deyil.
Hüquq-mühafizə orqanları uşağa xəsarət yetirən obyektlə bağlı hələlik məlumat yaymayıb və hadisə şahidlərinin əlaqə saxlamasını xahiş edirlər. Prokurorluq araşdırmaya başlayıb, lakin qızıl maskalı blogerin kimliyi heç vaxt müəyyən edilməyib.