Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01BƏƏ Çadda sudanlı qaçqınlar üçün səhra xəstəxanası tikib
09 İyul 2023 20:01 | Baxış sayı: 480
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səlahiyyətliləri münaqişədən qaçan sudanlı qaçqınlara kömək etmək üçün Çadın şərqində səhra xəstəxanası tikib.
Bu barədə “WAM” xəbər agentliyi məlumat yayıb.
Xəstəxana Sudanla həmsərhəd olan Şərqi Ennedi əyalətinin inzibati mərkəzi olan Am-Ceres şəhərində yerləşir.
Xəstəxana münaqişədən təsirlənən sudanlı qaçqınlara, xüsusilə uşaqlara, qadınlara, qocalara tibbi yardım göstərmək üçün tikilib.