Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Bavariya torpağının Baş naziri Almaniyanın xarici sərhədlərinə nəzarətə çağırıb
09 İyul 2023 01:35 | Baxış sayı: 528
Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün Almaniyanın xarici sərhədlərində nəzarət tətbiq edilməlidir.
Bu fikri Bavariya bölgəsinin Baş naziri Markus Zöder “Bild am Sonntag” qəzetinə bildirib.
Zöder Almaniyada Bavariyada olduğu kimi eyni sərhəd nəzarətinin tətbiqinə çağırıb.
“Xarici sərhədləri olan bütün dövlətlər sərhəd polisi ilə bizim nümunəmizi izləməli, Almaniya hökuməti isə sərhəd nəzarətini gücləndirməlidir”, - siyasətçi vurğulayıb.
Qəzetin xatırlatdığı kimi, Bavariya polisinin federal polislə birlikdə 800-ə yaxın əməkdaşı beş ildir ki, Avstriya və Çexiya ilə min km uzunluğunda quru sərhədini, eləcə də hava limanlarını qoruyur. Bu ilin ilk altı ayında Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi 150 166 ilkin sığınacaq müraciətini qeydə alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,5 % çoxdur.