SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBaş nazir yeni qərar İMZALADI
26 Aprel 2024 12:50 | Baxış sayı: 532
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”ni təsdiq edib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) barədə məlumatları dövlət torpaq kadastrına daxil etsin və həmin torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir. (mətbuat.az)