SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakıda otel biznesi 333 minə "PARTLADI" - Bir ailənin başına nələr gəldi?
14 Noyabr 2023 11:46 | Baxış sayı: 651
Bakıda qadın külli miqdarda dələduzluqda ittiham olunur.
AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, D. Həsənəliyeva G.M, A.M bacıları və onların qardaşı M.M-dan otel və tikinti işlərinə sərmaye qoymalarını təklif edib.
Daha sonra, onlara qazancdan pay verəcəyini vəd verib. Saytın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs bu təklif qarşılığında qardaş-bacılardan ümumilikdə 333 min 677 manat pul alıb.
Lakin sonradan vədinə əməl etməyib. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Dələduzluqda şübhəli bilinən D. Həsənəliyeva məsuliyyətə cəlb edilib.
Onun barəsində ev dustaqlığı qərarı verilib.
Hazırda istintaq Bakı Ağır Cinayətlər məhkəməsində davam etdirilir.