İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
13 Aprel 2025 14:30 | Baxış sayı: 458
Son zamanlarda müşahidə edilən gərginlik fonunda Türkiyə və İsrail nümayəndələrinin Bakıda bir araya gəlməsi beynəlxalq siyasi arenada maraqla qarşılandı. Məlumata görə, görüş zamanı iki ölkənin rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər.
Həmçinin nümayəndələr görüşün təşkili üçün Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirərək, müzakirələrin davam etdirilməsinə qərar verildiyini açıqlayıblar. Rəsmi Bakının diplomatik səyləri nəticəsində iki barışmaz rəqibin ortaq məxrəcə gəlməsi dünyanın diqqətini yenidən Azərbaycana yönəldib.
Bəzi ekspertlərin fikrincə, Azərbaycan vasitəçilik təşəbbüslərini davam etdirərək İsrail və İran arasında da danışıqların təşkilinə çalışmalıdır.
Təl-Əviv və Tehran rəsmilərinin Bakıda bir araya gəlməsi hansı meyarlara əsasən mümkün ola bilər?