SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda AĞIR QƏZA: Qadın öldü, iki azyaşlı isə...
15 Sentyabr 2023 06:32 | Baxış sayı: 550
Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan AJMEDİA.İNFO-ya bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.