HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
7 saat əvvəlAzərbaycana ən çox turist o ölkədən gəlir
14 Sentyabr 2024 13:54 | Baxış sayı: 399
“Azərbaycanı ən çox Rusiyadan olan turistlər ziyarət etsə də, gələnlər arasındakı say artımına görə Hindistan öndədir”.
Bunu Globalinfo.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayında ölkəyə gələn turistlərin 28.7 faizi Rusiyanın payına düşüb:
“Daha sonrakı yerlər 16,2 faizlə Türkiyə, 9,2 faizlə Hindistan, 8,1 faizlə İran, 4,4 faizlə Səudiyyə Ərəbistan, 4,0 faizlə Gürcüstan, 3,3 faizlə Qazaxıstan, 2,8 faizlə Pakistan, 1,8 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizlə Özbəkistan, 1,5 faizlə Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizlə Belarusun payına düşür. Qalan 10,9 faizi digər ölkələrin vətəndaşları olub.
Gələn turistlərin artım sayında isə Cənubi Koreya (2,2 dəfə), Çin (2,0 dəfə), İspaniya (1,8 dəfə), Qırğızıstan (1,6 dəfə), Filippin (1,6 dəfə), Qazaxıstan (1,6 dəfə), Pakistan (1,5 dəfə), İordaniya (1,5 dəfə). Digər ölkələrdə artım dəfə deyil, faizlə ifadə olunur. Göründüyü kimi Asiyadan , Azərbaycana gələn turistlərin sayında kəskin artım qeydə alınıb”.
Vüqar Bayramov
Ekspert bildirib ki, bu ilin keçən 8 ayı ərzində Ərəb ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb:
“Belə ki, həmin müddətdə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz, Avropa İttifaqından gələnlərin sayı 27,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 20,5 faiz artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 8 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.