20 Aprel 2025
Azərbaycan Ermənistan ərazisindən uçuşlar üçün ödənişlərin məbləğini kəskin artırıb

Azərbaycan Ermənistan ərazisindən uçuşlar üçün ödənişlərin məbləğini kəskin artırıb

Azərbaycan Ermənistan ərazisindən uçuşlar üçün ödənişlərin məbləğini kəskin artırıb

23 Oktyabr 2024 21:28 | Baxış sayı: 432

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlara görə “Armaeronaviqasiya” şirkətinə 133 760 avro ödəyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin Ermənistan KİV-nin yazılı sorğusuna cavabında deyilir.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği demək olar ki, 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avrodan çox olub.

Bütün bu ödənişlər müəyyən edilmiş qaydada Eurocontrol (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.