SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAygün Kazımova verilişə 31 000 AZN-lik geyimlə qatıldı - FOTOLAR
11 Yanvar 2023 13:46 | Baxış sayı: 839
Xalq artisti Aygün Kazımova bahalı geyimi ilə bütün diqqətləri üzərinə çəkib.
AJMEDİA.İNFO xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qatılan sənətçi əynindəki libası və aksessuarları bahalı brendlərdən seçib.
Belə ki, ifaçının üst geyimi "Dolce & Gabbana" markasına aiddir. Onun qiyməti 2 353 dollar (təxminən 4 000 AZN), çəkməsinin qiyməti isə 1 176 dollardır (təxminən 2 000 AZN).
Xalq artisti geyimini "Roberto coin" brendinə aid zinət əşyaları ilə tamamlayıb. Kazımovanın dəstini qiyməti isə 15 min dollardır (təxminən 25 min 500 AZN).
İfaçının üzərindəki libas və qızıl aksessuarların ümumi dəyəri 18 min 529 dollar (təxminən 31 min 500 AZN) olub.