03 May 2025
"Atanam, mənə zəng et" - "TikTok"da yeni saxtakarlıq yayılıb

"Atanam, mənə zəng et" - "TikTok"da yeni saxtakarlıq yayılıb

"Atanam, mənə zəng et" - "TikTok"da yeni saxtakarlıq yayılıb

01 May 2025 12:26 | Baxış sayı: 275

Sosial şəbəkə istifadəçiləri "TikTok"da yayılan yeni dələduzluq üsulundan narazılıq edirlər. Belə ki, naməlum şəxs öz profilində istifadəçi adını "Atam" və həmin şəxsin telefon nömrəsi sanki varmış kimi qeyd edərək saxta hesab yaradıb.

AJMEDİA.İNFO xəbər verir ki, daha sonra bu hesabla müxtəlif canlı yayımlara qoşulub və izləyicilərdə elə təəssürat yaradıb ki, sanki yayıma həmin şəxsin atası baxır. Həmin saxta profil canlı yayımda olanlara "Mənə zəng et", "Mesaj yaz" kimi ismarıclar göndərərək bəzi izləyiciləri çaşdırmağı bacarıb.

Bəzi izləyicilər bu profili həqiqətən ataları zənn edərək canlı yayımdan çıxıb atasına zəng vurublar.