18 May 2025
Ankaranın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalır

Ankaranın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalır

Ankaranın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalır

20 May 2023 03:37 | Baxış sayı: 556

Türkiyənin anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyi dəyişməyəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı Qərbin tələblərini yerinə yetirmək fikrində deyil.

Onun sözlərinə görə, Ankaranın anti-Rusiya sanksiyalarına qoşulması məqsədəuyğun deyil, çünki Rusiya Türkiyənin ən böyük ticarət-iqtisadi tərəfdaşıdır.

Eyni zamanda o vurğulayıb ki, Türkiyə ABŞ və Qərb ölkələri, eləcə də Rusiya Federasiyası və Çinlə münasibətlərini bərabər səviyyədə saxlamağa çalışır.