Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Alimlər Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər
05 Avqust 2024 07:17 | Baxış sayı: 322
Sidney Texnologiya Universiteti və Hollandiya Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər.
Bu barədə “Nature Communications” üçün hazırladıqları məqalədə danışıblar.
Tədqiqatçılar Antarktidanın dərinliklərində ekstremal şəraitdə uğurla sağ qalan təkhüceyrəli orqanizmlərin məskəni olan Dərin gölün olduğunu bildiriblər. Alimlər qeyd ediblər ki, göldə aşağı temperatur və yüksək duz tərkibinə baxmayaraq, mikroorqanizmlər nəinki sağ qalır, həm də asanlıqla yırtıcı davranış nümayiş etdirirlər. Bu davranış əvvəllər heç vaxt görülməyib.
Mütəxəssislərin fikrincə, bu canlılar ana hüceyrələrə nüfuz edərək onları məhv edə bilirlər. Bu davranış bəzi viruslara bənzəyir.