SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Air Moldova” aviaşirkəti uçuşları və bilet satışını dayandırıb
03 May 2023 02:11 | Baxış sayı: 643
"Air Moldova" aviaşirkəti qeyri-müəyyən müddətə uçuşların və bilet satışlarının dayandırıldığını açıqlayıb.
Bu barədə aviaşirkətin "Facebook" səhifəsində məlumat yerləşdirilib.
Məlumata əsasən, qərar aviaşirkətin iflasa uğramaması üçün sürətləndirilmiş restrukturizasiyanın elanı ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, fəaliyyətin bərpası məhkəmə qərarından sonra 3 gün ərzində mümkün olacaq.
Qeyd edilir ki, məhkəmə sürətləndirilmiş restrukturizasiya tələbini qəbul edərsə, şirkət uçuşları və bilet satışlarını bərpa edə biləcək. İnvestorlar 50 milyon dollar sərmayə qoymağa hazırdırlar - bu, maliyyə problemlərini həll etməyə kömək edəcək.