SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAbşeronda daha bir həkim səhlənkarlığı -uşaq ana bətnində öldü
11 Noyabr 2024 10:28 | Baxış sayı: 332
Abşeron Rayon Mərkəzi Xəstəxanasında daha bir uşaq öldüDünən günorta saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirilən L. Sadıqzadənin körpəsi bətnində ölüb. Xəstə yaxınlarının Yenixeber.org-a verdiyi məlumata görə L. Sadıqzadə son bir həftəyə yaxındır ki, hər gün məlum prosedur səbəbindən xəstəxanaya gəlirmiş və lazımı müayinələrdən də keçirmiş. Həkimlər də doğuşa hazırlığın qaydasında getdiyini bildirirmişlər. Lakin, bu gün gözlənilmədən körpə ana bətnində ölüb. Səbəb kimi zamanında həkim müdaxiləsinin olmaması iddia olunur. Xəstə yaxınları bildirir ki, keysəriyyə əməliyyatı ilə körpəni xilas etmək mümkün olardı... Ananın da durumunun ağır olduğu, çoxlu qan itirdiyi deyilir. Məlumatla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.(Yenixeber.org)