SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlABŞ və Aİ iqtisadi təhlükəsizlik tədbirləri üzrə əməkdaşlığı gücləndirəcək
12 May 2023 22:30 | Baxış sayı: 586
ABŞ və Avropa İttifaqı (Aİ) Çinin iqtisadi təsirinə qarşı çıxmaq üçün iqtisadi təhlükəsizlik tədbirləri üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bu barədə “Bloomberg” agentliyi ABŞ-Avropa İttifaqı Ticarət və Texnologiya Şurasının dördüncü iclası ilə bağlı bəyanat layihəsinə istinadən məlumat yayıb.
Sənəddə qeyd edilib ki, Vaşinqton və Brüssel Çinin xarici hökumətlərə təsir göstərmək üçün iqtisadi vasitələrdən istifadə etməsinə görə narahatdır.
Bildirilib ki, ABŞ və Aİ bu bəyanatda Rusiya və Belarusa qarşı sanksiyalara riayət edilməsi məsələsini də xatırladacaq.